İDMAN


Türkiyəli gimnast: Milli Gimnastika Arenasında əsl idman bayramı ab-havası hökm sürür

Bakı, 23 iyun, AZƏRTAC

Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakterli idman gimnastikası yarışları yüksək səviyyədə təşkil edilib. Təşkilatçılıq işində peşəkarların çalışdığı dərhal hiss olunur. Yarışların keçirildiyi möhtəşəm Milli Gimnastika Arenasında əsl idman bayramı ab-havası hökm sürür.

Bu sözləri Bakıda keçirilən yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakterli idman gimnastikası yarışlarının Türkiyədən olan iştirakçısı Kosak Mehmet Ayberk AZƏRTAC-a müsahibəsində deyib.

Bakıda uğur qazanmaq üçün idmançılara ən yüksək şəraitin yaradıldığını vurğulayan türkiyəli gimnast bildirib: “Bir dövrə artıq geridə qalıb. İkinci mərhələdə də yaxşı çıxış edəcəyimizə inanıram”.

Burada yeni dostlar qazandığını qeyd edən gənc idmançı Bakının gözəlliyinə heyran qaldığını bildirib. O deyib ki, Azərbaycan paytaxtının gözəlliyi, möhtəşəm müasir binalar yaddaşında həmişəlik qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.