DÜNYA


Türkiyəli hərbçilər Qətərdə futbol üzrə dünya çempionatının təhlükəsizliyini təmin edəcək

Bakı, 6 oktyabr, AZƏRTAC

Türkiyə parlamenti oktyabrın 5-də axşam saatlarında Qətərdə “Dünya Kubokunun Qalxanı” əməliyyatı çərçivəsində ölkənin hərbi kontingentinin altı aylıq missiyası haqqında qanun layihəsini təsdiqləyib.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, qanun layihəsi Türkiyə ordusunun noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək 2022-ci il futbol üzrə dünya çempionatının təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərə cəlb olunmasını nəzərdə tutur. Qətər hakimiyyətinin Türkiyəyə müraciəti əsasında həyata keçiriləcək missiyada iştirak edəcək hərbi kontingentin sayı göstərilmir.

“İki ölkə arasında tarixi, mədəni və humanitar əlaqələri, siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlığı, həmçinin Körfəz regionunda sabitliyin və təhlükəsizliyin bütün region üçün əhəmiyyətini nəzərə alaraq Qətər hökumətinin müraciətinə müsbət cavab verilməsi məqsədəuyğun hesab edilib”, – parlamentin qərarında belə deyilir.

Qeyd edək ki, bir müddət öncə Türkiyənin idman obyektlərinin və otellərin təhlükəsizliyini təmin etmək üçün Qətərə 3 minə yaxın polis əməkdaşı, həmçinin 100 nəfər xüsusi təyinatlı, partlayıcı qurğular üzrə 50 mütəxəssis və 80 xidmət iti göndərəcəyi barədə məlumatlar yayılmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.