İDMAN
Türkiyəli idman jurnalisti: Azərbaycan “Formula-1” ilə dünya idman tarixində yeni bir səhifə açdı
İstanbul, 22 iyun, AZƏRTAC
Azərbaycan “Formula-1” Avropa Qran-pri yarışına yüksək səviyyədə ev sahibliyi etməklə dünya idman tarixində yeni bir səhifə açdı. Beynəlxalq idman ictimaiyyəti Bakıda əldə olunan bu nailiyyəti uzun zaman unutmayacaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyədə fəaliyyət göstərən “Spor meydanı” qəzetinin yazı işləri müdiri Müzəffər Batumlu bildirib. O deyib ki, Azərbaycanın bu uğuru Türkiyədə, xüsusilə ölkənin idman ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandı. “Bakı-2015” ilk Avropa Oyunlarından sonra Formula-1 Avropa Qran-prisinə peşəkarlıqla ev sahibi etməklə Azərbaycanın belə mötəbər tədbirlərə yüksək səviyyəli təşkilatçılıq qabiliyyəti və xalqınızın qonaqpərvərliyi bir daha özünü göstərdi. İlkin hesablamalara görə, gündəlik olaraq 25 milyondan çox idmansevər Formula-1 yarışını beynəlxalq kütləvi informasiya vasitələri ilə izləyib. “Bakı-2015” ilə yanaşı, Formula-1 də Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırdı. Əminəm ki, Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul