REGİONLAR


Türkiyəli jurnalist: Qardaş Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını gördükdə çox sevinirik VİDEO

Cəbrayıl, 7 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Cəbhə xəttinə ilk dəfə deyil ki, səfər edirik. Lakin bu səfər digərlərindən fərqlənir. Qardaş Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını gördükdə çox sevinirik.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Xarici İşlər Nazirliyi və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici media nümayəndələrinin Cəbrayılın Cocuq Mərcanlı kəndinə təşkil olunan səfərinin iştirakçısı, TRT telekanalının Bakı təmsilçiliyinin müxbiri Səlim Toprak deyib.

O bildirib ki, ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Həmin döyüşlərdə düşmən tapdağı altında olan torpaqların bir hissəsi geri alındı. “Bu, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı ilə bağlı arzularının gerçəkləşməyə başlaması deməkdir. İndi onların sevincini təsəvvür etmək çətin deyil. İnşallah, Lələtəpə ilə başlayan qələbə işğal altındakı digər torpaqları da əhatə edəcək və bir milyondan çox məcburi köçkün öz doğma torpaqlarına qayıdacaq”, - deyə S.Toprak qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.