ELM VƏ TƏHSİL


Türkiyəli müəllim BDU-nun “SABAH” qrupunda ustad dərsi keçib

Bakı, 29 noyabr, AZƏRTAC

Türkiyənin Fırat Universiteti çağdaş türk dilləri kafedrasının müəllimi, doktor Süleyman Kaan Yalçın Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının “SABAH” qruplarının IV kursunda ustad dərsi keçib.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, filologiya fakültəsinin əməkdaşı, “SABAH” qruplarının müəllimi Anar Fərəcovun “Ümumi dilçilik” dərsində iştirak edən qonaq “Dilin fəlsəfəsi və sözlərin qavranılması” mövzusunda mühazirə oxuyub.

Mühazirədə türkiyəli alim dillərin yaranması, sözlərin mənası və anlamı, bəşəri dəyərlərin milli dillərdə ifadə imkanları kimi məsələlərdən danışıb, tələbələrlə interaktiv müzakirələr aparıb.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.