DÜNYA
Türkiyəli nazir Atatürk Hava Limanında uçuş-enmə zolaqlarının sökülməsi ilə bağlı açıqlama verib
İstanbul, 17 may, AZƏRTAC
İstanbulun Atatürk Hava Limanında uçuş-enmə zolaqları sökülür.
AZƏRTAC xəbər verir ki, bununla bağlı ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlamalar verib.
İstanbul və Atatürk aeroportlarının eyni hava dəhlizindən istifadə etdiyinə diqqət çəkən nazir bildirib ki, Atatürk Hava Limanının potensialına baxdığımızda üç eniş zolağı olsa da, onlardan 1,5-i səmərəli istifadə edilə bilər. Şəhərdə yeni inşa edilən İstanbul Hava Limanı altı uçuş-enmə zolağı potensialına malikdir və paralel planlaşdırılması sayəsində hamısı eyni vaxtda istifadə edilə bilər. İki hava limanını müqayisə etdikdə İstanbul Hava Limanının tutumu dörd dəfə yüksəkdir.
İstanbul Hava Limanından eyni anda altı təyyarənin enib qalxa bildiyini deyən M.N.Ersoy bu məqsədlə Atatürk Hava Limanının səhiyyə tədbirləri məqsədilə sadəcə bir zolağının işlək vəziyyətdə saxlanılacağını bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul