İQTİSADİYYAT


Türkiyəli nazir: İki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdən biridir

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycanın Zəfəri bölgəmizin ticari və logistik infrastrukturunu dəyişən tam yeni bir dövrün başlanğıcını yaratdı. Bu yeni mərhələdə də azərbaycanlı qardaşlarımızın yanında olacağıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə-Azərbaycan Biznes Forumunda çıxışı zamanı Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

Nazir diqqətə çatdırıb ki, dövlət başçılarımızın da qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdən biridir.

Ruhsar Pekcan qeyd edib ki, bütün dünya pandemiya səbəbindən çətin günlər yaşadığı bir dövrdə Azərbaycanın böyük bir iradə ilə Qarabağı işğaldan azad etməsi hamımızda sonsuz sevinc yaradıb. Şəhidlərimizə Allahdan rəhmət diləyir, Zəfər münasibətlə azərbaycanlı qardaşlarımızı təbrik edirik.

Azərbaycanla indiyədək 400-dən çox layihə həyata keçirildiyini diqqətə çatdıran nazir bildirib ki, artıq Türkiyə şirkətləri Qarabağın bərpası və yenidən qurulması prosesində azərbaycanlı iş adamları ilə sıx əməkdaşlıq şəraitində çalışırlar. İndiyə qədər ortaya qoyduğumuz uğurlu işləri infrastruktur layihələrində də tətbiq edəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.