İQTİSADİYYAT


Türkiyəli nazir “Star” neft emalı zavodunun inşasının gedişi ilə maraqlanıb

Bakı, 17 avqust, AZƏRTAC 

Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavoduna baş çəkib.

AZƏRTAC “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ) istinadla xəbər verir ki, STEAŞ-ın baş direktoru Zaur Qəhrəmanov nazir Faruk Özlüyü neft emalı zavodunun inşası üzrə görülən işlər barədə məlumatlandırıb.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini STEAŞ adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR - 87 faiz, “Goldman Sachs” - 13 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.