DÜNYA


Türkiyəli nazir: “TürkSAT 5B” yeni süni peykin ilin sonunadək fəzaya buraxılması planlaşdırılır

Ankara, 4 may, AZƏRTAC

Türkiyənin növbəti süni peyki - “TürkSAT 5A” mayın 3-də fəaliyyət məkanına çatıb və bir ay ərzində test çalışmalarına başlayaraq xidmətə hazırlanacaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Nazirin sözlərində görə, Türkiyənin istismara hazırladığı “TürkSAT 5B” yeni süni peykinin cari ilin dördüncü rübündə fəzaya buraxılması planlaşdırılır.

Qeyd edək ki, Türkiyənin ən güclü süni peyki - “TürkSAT 5A” cari il yanvarın 8-də Ankara vaxtı ilə saat 4:26-da (Bakı vaxtı ilə saat 05:26) orbitə göndərilib. Uçuş uğurla başa çatıb. “TürkSAT 5A” sayəsində orbitdə gücünü artıran Türkiyə bundan sonra Yaxın Şərq və Afrika qitəsinə də peyk xidməti göstərəcək. “TürkSAT 5B” xidmət dairəsi isə daha geniş coğrafiyanı əhatə edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.