REGİONLAR
Türkiyəli professor ADAU-da “Kənd təsərrüfatı sahələri və şəhərləşmə” mövzusunda seminar keçib
Gəncə, 30 mart, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsi prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti seminar Ege Universitetinin professoru Ahmet Esen Çelen tərəfindən “Kənd təsərrüfatı sahələri və şəhərləşmə” mövzusunda təşkil olunub.
Seminarda Aqronomluq və Torpaqşünaslıq və aqrokimya fakültələrinin professor-müəllim heyəti, bakalavr və magistr tələbələri iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.