CƏMİYYƏT
Türkiyəli professor Tibb Universitetində elmi araşdırmaların aparılma qaydalarından danışıb
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında elmi-tədqiqat işlərinin aparılması ilə əlaqədar seminar keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, seminarda Türkiyənin Cərrahpaşa Universitetinin professoru Özgür Kasapçopur elmi araşdırmaların aparılma qaydaları, yazılması və nəşri ilə bağlı məruzə edib.
Professor məruzəsində müxtəlif növ araşdırmalara, dünyada aparılan maraqlı tibbi tədqiqatlara geniş yer ayırıb, bu sahədə dürüstlük və dəqiqliyə diqqət yetirməyin ən vacib şərtlərdən biri olduğunu bildirib.
Seminarda iştirakçıları maraqlandıran çoxlu suallara cavab verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]