MƏDƏNİYYƏT


Türkiyəli qonaqlar Musiqili Teatrda tamaşaya baxıb

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyətinin üzvləri və qardaş ölkənin Azərbaycandakı səfirliyinin əməkdaşları Musiqili Teatrda olublar.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Qonaqlar Musiqili Teatrın yaranma tarixi, 109 illik yaradıcılıq yolu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə burada aparılan mükəmməl təmir işləri və mövcud şəraitlə yaxından tanış olublar. Daha sonra qonaqlar teatrın səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” tamaşasını (quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova) seyr ediblər. Qonqlar izlədikləri səhnə əsərindən çox böyük zövq aldıqlarını, belə yüksək səviyyədə hazırlanan tamaşaların təbliğ olunmasının vacibliyini vurğulayıblar.

Tamaşadan sonra qonaqlar aktyorlarla görüşüb, ərsəyə gətirilən tamaşa üçün peşəkar yaradıcı kollektivə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, Novruz Qartal, Şövqi Hüseynov, Səidə Şərifəliyeva, Almaz Ələsgərova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Atəş Qarayev, Elməddin Dadaşov, Telli Hüseynova, Təranə Əliyeva, Fərid Rzayev, Əli Kərimov, Rüstəm Rüstəmov, kiçik yaşlı aktyorlar Hüseyn Nağıyev, Rahib Məmmədzadə, Xədicə Kərimli və başqaları çıxış edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.