DÜNYA


Türkiyəli şəhid diplomat Ankarada dəfn olunub

Ankara, 19 iyul, AZƏRTAC

Türkiyənin İraqın Ərbil şəhərindəki Baş Konsulluğunda xidmət edən 38 yaşlı şəhid diplomat Osman Köse Ankarada dəfn olunub.

AZƏRTAC xəbər verir ki, cənazə namazında və dəfndə nazirlər, Türkiyə hökumətinin vəzifəli şəxsləri, generallar, deputatlar, siyasi partiya rəhbərləri, ölkə ictimaiyyətinin görkəmli şəxsləri iştirak ediblər.

Qeyd edək ki, Osman Köse iyulun 17-də Ərbildə yemək vaxtı silahlı şəxslər tərəfindən qətlə yetirilib. İlkin məlumatda görə, planlı şəkildə həyata keçirilən qətldə 4 nəfər iştirak edib. İraq hökumətinin açıqlamasına görə, cinayətkarların tapılması üçün əməliyyat-axtarış işləri davam edir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.