DÜNYA


Türkiyəli tələbələr Novovoronej AES-də istehsalat təcrübəsi keçəcəklər

Moskva, 5 oktyabr, AZƏRTAC

“MİFİ” Rusiya Milli Tədqiqat Nüvə Universitetinin təxminən 80 türkiyəli tələbəsi 2018-ci ilin sonunadək Novovoronej AES-in təlim-məşq məntəqəsinin bazasında yaradılmış Personal hazırlanması üzrə beynəlxalq mərkəzdə istehsalat təcrübəsi keçəcək.

AZƏRTAC atom stansiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, türkiyəli tələbələr 3 qrupa bölünüb. Birinci qrup artıq iyun ayında təcrübə keçib. İkinci qrup hazırda praktikadadır, üçüncü qrup isə oktyabrın 8-də təlimlərə başlayacaq. Hər bir kurs 3 həftəlik nəzərdə tutulub. Bu vaxt ərzində türkiyəli tələbələr innovasiyalı enerji bloklarında iş vərdişlərinə yiyələnəcəklər.

Türkiyəli tələbələr Akkuyu AES-in (Türkiyə) gələcək işçiləridir. Onlar əldə etdikləri bilikləri bilavasitə bu atom elektrik stansiyasında tətbiq edəcəklər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.