MƏDƏNİYYƏT


Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Bakıda çıxış edəcək

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Bakıda Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq konsertin dirijoru, Xalq artisti Yalçın Adıgözəlov olacaq.

Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi festivalı çərçivəsində təşkil olunacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokacdır.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.