DÜNYA


Türkiyəni qaçaq yolla tərk etmək istəyən 77 xarici vətəndaş saxlanılıb

İstanbul, 20 may, АZƏRTAC

Türkiyənin Van şəhərinin polis əməkdaşları tərəfindən ölkəni qaçaq yolla tərk etmək istəyən 77 xarici vətəndaş saxlanılıb.

AZƏRTAC xəbər verir ki, saxlanılanlardan 59-nun Əfqanıstan, 15-nin Pakistan, 1-nin İraq, 2-nin isə İran vətəndaşı olduğu bildirilir.

Ölkəyə hansı yollarla daxil olduqları bilinməyən saxlanılan şəxslər Türkiyənin Miqrasiya İdarəsinin yerli bölməsinə təhvil veriliblər. Onlardan birinin nəzarətə götürüldüyü qeyd olunur.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.