DÜNYA


Türkiyəni qaçaq yolla tərk etmək istəyən 93 xarici vətəndaş saxlanılıb

İstanbul, 4 oktyabr, AZƏRTAC 

İzmirin Çeşmə və Aydın vilayətinin Kuşadası rayonlarının ərazi sularında qanunsuz yolla Yunanıstan tərəfinə keçməyə çalışan 93 xarici vətəndaş saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Sahil Təhlükəsizlik Xidmətinin gecə saatlarında apardığı iki əməliyyat zamanı rezin qayıqlarda qadın və uşaqların da olduğu müəyyən olunub. Yoxlama zamanı məlum olub ki, qanunsuz olaraq qayıqlarda yola çıxanlar Əfqanistan, Fələstin, Suriya və digər ölkələrin vətəndaşlarıdır. Hələlik saxlanılan şəxslərin Türkiyəyə necə gəldikləri, vizalarının olub-olmaması barədə məlumat yoxdur. Saxlanılan şəxslər Türkiyənin Miqrasiya İdarəsinin yerli bölməsinə təhvil veriliblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.