Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Türkiyənin 11-ci Prezidenti Abdullah Güldən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, əziz qardaşım,

Qardaş Azərbaycanın illərdir Ermənistanın işğalı altında qalan torpaqlarını azad etməsi mənə ən gözəl hədiyyə oldu. Azərbaycan xalqının və ordusunun göstərdiyi qəhrəmanlıq sayəsində cəbhədə qazandığınız uğurlardan böyük məmnunluq və qürur hissi duyuram.

Zati-alinizin müdrik rəhbərliyi ilə Dağlıq Qarabağın işğaldan azad edilməsinin və bu həsrətin sona çatmasının yaxın olduğuna inamım qətidir.

Əziz qardaşım, Sizə və ailənizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq arzularımı çatdırır, Ermənistanla müharibədə şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm.

Hörmətlə,

Abdullah Gül

Türkiyənin 11-ci Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin