SİYASƏT


Türkiyənin “A HABER” telekanalı Ermənistanın ölkəmizə qarşı təxribatlarına dair reportaj yayımlayıb

Ankara, 25 sentyabr, AZƏRTAC

Türkiyənin “A HABER” telekanalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindən torpaqlarımıza qarşı hücum cəhdləri nəticəsində bölgədə yaranan gərginliklə bağlı xüsusi reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda türkdilli tamaşaçılara təcavüzkar Ermənistanın məkrli niyyətləri barədə aydın məlumat verilib, düşmənin atəşi nəticəsində zədələnən evlər, mülki əhalinin hədəfə alınmasını əks etdirən kadrlar nümayiş olunub. Diqqətə çatdırılıb ki, yerli sakinlər düşmən hücumlarından narahatlıq keçirsələr də, doğma yurdlarına qəlbən bağlıdırlar və heç yerə getmirlər. Əhali Azərbaycan Ordusunun gücünə və müdafiə qüdrətinə tam inanır.

Reportajda, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərən hərbi təlimlərdən də söz açılıb, kadrlar nümayiş olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.