SİYASƏT


Türkiyənin “A Haber” telekanalı: Azərbaycan torpaqlarını geri aldı

Ankara, 26 sentyabr, AZƏRTAC

Sonuncu yüzildə dünyada ən mühüm hadisələrindən biri də Qafqazda baş verdi. Azərbaycan işğal altındakı torpaqlarını geri aldı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin nüfuzlu “A Haber” telekanalında yayılan “Sonuncu yüzil” sərlövhəli genişhəcmli verilişdə səsləndirilib.

Verilişdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzkar tərəfin davam etdirdiyi hərbi-siyasi təhdidlər və təxribatlar nəticəsində başlanan Vətən müharibəsinə aid materiallara geniş yer ayrılıb. Ölkəmizə aid hissədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı böyük Zəfəri əks etdirən orijinal kadrlar əskini tapıb. Prezident İlham Əliyevin savaş günlərində Azərbaycan xalqına müraciətlərindən mühüm məqamlar türkdilli ictimaiyyətə təqdim olunub. Diqqətə çatdırılıb ki, cəbhədəki biabırçı məğlubiyyəti ilə barışmaq istəməyən işğalçı Ermənistan müharibə günlərində Azərbaycanda dinc əhalini hədəfə alıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.