ELM VƏ TƏHSİL


Türkiyənin Akdeniz Universitetinin professoru Azərbaycan Turizm və Menecment Universitetində mühazirə oxuyub

Bakı, 29 aprel, AZƏRTAC

Türkiyənin Akdeniz Universitetinin professoru Boran Toker Mövlanə Mübadilə Proqramı çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.

ATMU-dan AZƏRTAC-a bildirilib ki, B.Toker bu ali təhsil ocağında Azərbaycan-Avstriya Turizm Proqramında təhsil alan tələbələrə “İnsan resurslarının idarə edilməsi” və “Təşkilati davranış” fənləri üzrə mühazirələr oxuyub.

Səfər çərçivəsində qonaq müvafiq struktur rəhbərləri ilə görüşlər keçirib, mühazirə fənlərinin tədrisi ilə bağlı fikir mübadiləsi aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.