QAN YADDAŞI


Türkiyənin Alanya Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Alanya, 2 mart, AZƏRTAC 

Türkiyənin Alanya Universitetində (TAU) Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Ankaradakı səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova və professor Timuçin Kodaman çıxış edərək Xocalı soyqırımının dəhşətlərindən bəhs ediblər. Bildirilib ki, tarixin bütün dövrlərində olduğu kimi, indi də düşmən qüvvələr təcavüzkar Ermənistan və dünyadakı erməni millətçilərinin vasitəsilə ölkələrimizə və xalqlarımıza qarşı problem yaratmaqdadırlar.

Konfransda təhsil ocağının kollektivi, o cümlədən xarici tələbələr iştirak ediblər.

Sonda “Xocalıya ədalət!” filmi nümayiş olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Alanya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.