SİYASƏT


Türkiyənin Baş Konsulluğu ilə Azərbaycan Mədəniyyət Assosiasiyası birgə tədbirlər keçirəcəklər

Nant, 1 noyabr, AZƏRTAC

Fransanın Nant şəhərində yerləşən Türkiyənin Baş Konsulluğu ilə Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA) birgə tədbirlər keçirəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə razılıq Türkiyənin yeni təyin olunmuş baş konsulu Asli Oral ilə AMA-nın rəhbəri Toğrul Zeynalov arasında keçirilən görüşdə əldə edilib.

Tərəflər Baş Konsulluq və AMA arasında qarşılıqlı əməkdaşlığı müzakirə ediblər. Eyni zamanda, ölkələrimizin Fransada yerləşən təşkilatlarını bir araya gətirmək və birgə koordinasiyanı təmin etmək barədə fikir mübadiləsi aparılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Nant

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.