İDMAN


Türkiyənin “Başakşəhər” klubu Robinonu transfer edib

Bakı, 5 yanvar, AZƏRTAC

Türkiyənin “Başakşəhər” futbol klubu braziliyalı ulduz futbolçu Robinonu transfer edib.

AZƏRTAC “Başakşəhər” klubunun rəsmi saytına istinadla xəbər verir ki, “Sivasspor”dan transfer olunan hücumçu yanvarın 5-də imza mərasimində iştirak edib.

Super Liqanın turnir cədvəlinə liderlik edən “Başakşəhər” klubunun prezidenti Göksel Gümüşdağ çıxışında deyib: “Robinonun komandamıza keçidinə görə, çox xoşbəxtik. Oyunçunu 5 ildir transfer etmək istəyirdik. “Sivasspor”un prezidenti başda olmaqla, bütün komandaya təşəkkür edirəm”.

Robino bildirib ki, “Başakşəhər”ə xəyallarımı reallaşdırmağa gəlmişəm. Ən böyük istəyim isə çempion olmaqdır.

Xatırladaq ki, 34 yaşlı futbolçu “Milan”, “Real Madrid” və “Mançester Siti” kimi tanınmış klublarda çıxış edib. Braziliyalı hücumçu cari mövsümdə “Sivasspor”un heyətində 16 oyuna 8 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.