QAN YADDAŞI


Türkiyənin “Bengü Türk” televiziya kanalı izləyicilərini 20 Yanvarla bağlı məlumatlandırıb

Ankara, 23 yanvar, AZƏRTAC

AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Türkiyənin nüfuzlu “Bengü Türk” televiziya kanalının qonağı olub.

Canlı yayımda tanınmış aparıcı və telejurnalist jurnalist Cem Açıqgözün suallarını cavablandıran S.Şahtaxtı 20 Yanvar hadisələrinin səbəb və nəticələrindən, Azərbaycan xalqının mübarizliyindən bəhs edib.

Türkdilli tamaşaçılara məlumat verilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Azərbaycanda törətdikləri hərbi cinayət ermənilərin Dağlıq Qarabağa olan əsasız iddiaları ilə birbaşa bağlıdır.

Diqqətə çatdırılıb ki, həmin vaxt ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək o vaxtkı sovet rəhbərliyinin cinayətkar əməlinə qarşı sərt çıxış edib, hadisənin əsl siyasi mahiyyətini dünya ictimaiyyətinə çatdırıb. Sonrakı illərdə Ulu Öndərimizin təşəbbüsü və birbaşa iştirakı ilə Azərbaycan parlamenti hadisələrə hüquqi-siyasi qiymət verib. Şəhidlər xiyabanının ziyarət olunması dövlət protokoluna daxil edilib. Bütün bunlar göstərir ki, Azərbaycan xalqının, dövlətin, hökumətin və hakimiyyətin 20 Yanvar hadisələrinə münasibəti dəyişməzdir. Şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad olunacaq.

Efir vaxtı 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən kadrlar yayımlanıb.

“Bengü Türk” kanalı tərəfindən buraxılışın videoyazısı “YouTube” sosial şəbəkəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.