RƏSMİ XRONİKA


Türkiyənin Beynəlxalq Avrasiya Təhsil İşçiləri Federasiyasının sədri Şuayip Özcandan

 Hörmətli Prezidentim,

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbənizdən çox məmnun qaldığımızı bildirirəm.

Siz qardaş Azərbaycanın inkişafına və türk dünyasının birliyinə böyük töhfələr vermisiniz. Sizin bu xidmətləriniz bizi qürurlandırır. Azərbaycanın da üzvü olduğu on bir dövlətin türk müəllim qurumlarının əsas təşkilatı olan Beynəlxalq Avrasiya Təhsil İşçiləri Federasiyası adından Sizi təbrik edirik.

Hörmətli Prezidentim, əminik ki, Sizin rəhbərliyinizlə qardaş Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu daha da artacaqdır. Bu, bizim sevincimizə sevinc qatacaq, türk dünyası isə birlik və bütövlüyünü gücləndirərək iri addımlarla yoluna davam edəcəkdir.

Bu amallar naminə fəaliyyətinizdə Sizə uğurlar, möhkəm cansağlığı arzulayır və “Yolunuz açıq olsun!” deyirəm. Allah-Taaladan arzu edirəm ki, prezident seçkilərində inamlı qələbəniz türk dünyası və qardaş Azərbaycan üçün xeyirli olsun.

Hörmətlə,

Şuayip Özcan

Türkiyənin Beynəlxalq Avrasiya Təhsil İşçiləri

Federasiyasının sədri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin