İDMAN


Türkiyənin Bursa şəhəri IV Dünya Köçəri Oyunlarına tam hazırdır

Bursa, 29 sentyabr, AZƏRTAC

Türkiyənin Bursa vilayətinin İznik rayonu IV Dünya Köçəri Oyunlarına ev sahibliyi etmək üçün bütün təşkilati işləri başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın da geniş tərkibdə iştirak edəcəyi IV Dünya Köçəri Oyunları yenidən dünyanın diqqətini qardaş Türkiyəyə yönəldib.

Ən son məlumata görə sentyabrın 29-da başlayacaq oyunların təntənəli bağlanış mərasimi oktyabrın 2-də keçiriləcək.

Xatırladaq ki, Bursa 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olduğu üçün IV Dünya Köçəri Oyunları özünə daha böyük cəlbedicilik yaradıb.

Azərbaycan bu oyunlarda idmançılarının gücünü nümayiş etdirməklə bərabər, mədəniyyət nümunələrini nümayiş etdirmək fürsəti də qazanıb.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.