DÜNYA


Türkiyənin Bursa şəhərində yeni yüksək sürətli qatar xətti inşa ediləcək

Türkiyənin Bursa şəhərində yeni yüksək sürətli qatar xətti inşa ediləcək

İstanbul, 13 fevral, AZƏRTAC

Bu il Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən türk dünyasının mədəniyyət paytaxtı seçilən Türkiyənin Bursa şəhəri yeni yüksək sürətli qatar xəttinin tikintisi ilə dəmir yolu şəbəkəsinə inteqrasiya ediləcək. Yeni dəmir yolu xətti Balıkesir, Bursa vilayətləri və bu vilayətlərə bağlı Yenişehir, Osmaneli rayonları arasında inşa ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu açıqlama verib.

Yeni layihə ilə Bursanın Ankara-İstanbul yüksək sürətli qatar xəttinə də qoşulacağını deyən nazir son 20 il ərzində bu vilayətə yalnız nəqliyyat və kommunikasiya sahəsi üzrə 29,5 milyard türk lirəsi məbləğində sərmayə qoyulduğunu bildirib. Nazir Bursada 2003-cü ildə 194 kilometr olan avtomobil yolunun uzunluğunun bu gün 600 kilometrə çatdırıldığını qeyd edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.