İQTİSADİYYAT


Türkiyənin “Can Azerbaycan” telekanalının “Azərspace-1” peyki üzərindən yayımına başlanılır

Bakı, 30 sentyabr (AZƏRTAC). “Azərkosmos” ASC ilə Türkiyənin “Mediathink” şirkəti arasında imzalanmış müqaviləyə əsasən oktyabrın 1-dən “Can Azerbaycan” televiziya kanalının “Azərspace-1” peyki üzərindən yayımına başlanılacaq.

“Azərkosmos” ASC-dən AZƏRTAC-a verilən məlumata görə, “Mediathink” şirkətinin müdiri Namik Kemal Yıldırım bildirib ki, gələcəkdə nəzərdə tutulan ən mühüm layihə Azərbaycan musiqisi, mədəniyyəti və tarixinin “Can Azerbaycan” kanalı vasitəsilə həm Türkiyədə, həm də dünyada yaşayan azərbaycanlılara çatdırmaqdır. O, imzalanmış müqavilədən məmnun olduğunu vurğulayaraq, kanalın “iki dövlət bir millət” prinsipi ilə fəaliyyət göstərəcəyini söyləyib.

Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.