DÜNYA


Türkiyənin Dənizli bölgəsində baş verən zəlzələ səbəbindən məktəblərdə tətil elan olunub

Ankara, 20 mart, AZƏRTAC

Türkiyənin Dənizli vilayətinin Acıpayam rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 09:34-də qeydə alınıb. Zəlzələ səbəbindən məktəblərdə tətil elan edilib.

Yeraltı təkanlar ölkənin İzmir, Aydın, Muğla, Uşak, İsparta, Burdur və Antalya bölgələrində də hiss olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.