CÜMHURİYYƏT - 100


Türkiyənin Doqquz Eylül Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinə həsr olunmuş konfrans keçirilib VİDEO

İzmir, 7 may, AZƏRTAC 

Azərbaycanın Türkiyədəki səfirliyi ilə İzmirdəki Doqquz Eylül Universitetinin (DEU) birgə təşkilatçılığı ilə DEU-da “Azərbaycan Xalq Cümhuriyyətinin yüz ili: Azərbaycan-Türkiyə münasibətləri və regional təhlükəsizlik” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, rəsmi şəxslərin, tanınmış alimlərin, eləcə də universitetin kollektivinin iştirak etdiyi konfransda əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Doqquz Eylül Universitetinin professoru Kamil Tüğen və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və keçdiyi yoldan, süqutunun səbəblərindən bəhs edilib. Həmçinin XX əsrdə müəyyən keyfiyyət dəyişiklikləri ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətlərinin müasir dövrdəki vəziyyəti ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Sonra çıxışçılar mövzu ətrafında sualları cavablandırıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İzmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.