DÜNYA


Türkiyənin Düzcə vilayətində aparılan arxeoloji qazıntılar mütəxəssisləri heyrətləndirib

İstanbul, 14 avqust, AZƏRTAC

Türkiyənin Düzcə vilayətində eramızdan əvvəl III əsrə aid qədim “Prusias ad Hypium” şəhərində aparılan arxeoloji qazıntılar mütəxəssisləri heyrətləndirib. Belə ki, COVID-19 pandemiyası ilə əlaqədar müvəqqəti dayandırılan qazıntı işlərinin yenidən başlanması ilə qədim şəhərdə olduqca yaxşı vəziyyətdə olan teatr binası aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, əsrlərboyu üzərində müxtəlif tikililərin inşa edilməsinə baxmayaraq, bina öz görkəmini itirməyib.

Mütəxəssislər bu cür qədim tarixə malik tikililərin belə vəziyyətdə qalmasına dünyada nadir hallarda rast gəlindiyini bildirirlər.

Türkiyənin Qara dəniz bölgəsinin qərbində yerləşən tarixi şəhər bölgənin ən qədim yaşayış yeri olaraq tanınır. Burada aparılan qazıntı işləri zamanı teatr binası ilə yanaşı, tarixi divarlar, yazılar, su kəmərləri, “Roma körpüsü” kimi bilinən qədim abidələr də aşkarlanıb.

Cari ilin sonunadək ərazidə qazıntının başa çatdırılaraq restavrasiya işlərinə başlanması planlaşdırılır.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.