DÜNYA


Türkiyənin Gaziantep bölgəsində yeni qurulan fabriklərin açılışı olub

Ankara, 26 sentyabr, AZƏRTAC

Türkiyənin Gaziantep şəhərində 300 fabrikin birlikdə açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində çıxış edib. Koronavirus (COVID-19) pandemiyası dövründə Türkiyə iqtisadiyyatının yeni bir rekordlara doğru irəliləməkdə olduğunu ifadə edən dövlət başçısı deyib ki, Gaziantep bölgəsindəki fabriklərin qurulmasına ümumilikdə 1 il yarım vaxt sərf olunub. On beş milyard (təxminən 2 milyard ABŞ dolları) türk lirəsi sərmayə hesabına başa gələn bu müəssisələrdə, ümumilikdə 45 min vətəndaş işlə təmin olunacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.