REGİONLAR


Türkiyənin Gəncədəki baş konsulluğunda səsvermə keçirilir

Türkiyənin Gəncədəki baş konsulluğunda səsvermə keçirilir

Gəncə, 20 may, E. Məmmədov, AZƏRTAC

Gəncədə yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saatlarından başlanan səsvermə 3 gün - mayın 22-si saat 22:00-dək davam edəcək.

Türkiyənin Gəncədəki baş konsulu Rəcəb Öztop bildirib ki, seçicilər birinci turda olduğu kimi, ikinci turda da xüsusi fəallıq nümayiş etdirirlər. Türkiyədə keçirilən prezident seçkilərinin birinci turunda Gəncədən 1394 türk vətəndaşı səs verib. Bu gün səhər saatlarından başlanan ikinci turda da türk vətəndaşları aktivlik göstərirlər.

Qeyd edək ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə "Cümhur İttifaqı"nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.