CƏBHƏ XƏBƏRLƏRİ


Türkiyənin Gəncədəki baş konsulu: Ermənilərin mülki vətəndaşları hədəfə alması bəşəriyyət əleyhinə cinayətdir VİDEO

Gəncə, 19 oktyabr, M.Əlioğlu, foto İ.Cəfərov, AZƏRTAC

Ermənistanı mülki vətəndaşların yaşayış məntəqələrinə endirdiyi raket zərbələrinə görə qınayıram. Bu, bəşəriyyət əleyhinə cinayətdir.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk deyib.

Bildirib ki, bu, beynəlxalq konvensiyalara görə qadağan olunmuş fəaliyyətdir. Bununla bağlı mütləq sanksiyalar tətbiq edilməlidir. Azərbaycan dövləti də lazımi dəlilləri və sübutları topladıqdan sonra beynəlxalq təşkilatlara müraciət edəcək.

“Biz Türkiyə olaraq qardaş Azərbaycanın haqlı mübarizəsində həm beynəlxalq müstəvidə, həm də diplomatik sahədə daim yanındayıq və yanında olmaqda davam edəcəyik. Həmçinin hər cür dəstək verməyə hazırıq. Hazırkı Azərbaycan 30 il əvvəlki dövlət deyil, güclü ordusu, iqtisadiyyatı var, hər sahədə inkişaf edib. Xaricdən döyüşmək üçün muzdu əsgərlərin gətirilməsi ilə bağlı dezinformasiyalar var. Azərbaycanın bunlara ehtiyacı yoxdur, onun imkanları genişdir”, - deyə baş konsul vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.