DÜNYA


Türkiyənin Gürcüstanda yeni səfiri təyin edilib

Türkiyənin Gürcüstanda yeni səfiri təyin edilib

Tbilisi, 7 aprel, AZƏRTAC

Türkiyənin bir neçə ölkədə, o cümlədən Gürcüstandakı səfiri dəyişib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinin sərəncamı ilə bu vəzifəyə Ali Kaan Orbay təyin olunub.

Gürcüstana təyin olunan yeni səfir Ali Kaan Orbay bundan əvvəl Türkiyənin Vyanadakı səfirinin birinci katibi vəzifəsində çalışıb. A.K.Orbay yeni vəzifədə Fatma Ceren Yazqanı əvəzləyib.

Qeyd edək ki, F.C.Yazqan 2017-ci ildən Türkiyənin Gürcüstandakı səfiri olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.