MƏDƏNİYYƏT


Türkiyənin Gürcüstandakı səfirliyi Tbilisidə Novruz şənliyi təşkil edib

Tbilisi, 16 mart, AZƏRTAC

Türkiyənin Gürcüstandakı səfirliyinin təşəbbüsü, Yunus Əmrə İnstitutunun Tbilisidəki Mədəniyyət Mərkəzinin, TİKA-nın və İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin geniş akt zalında təşkil olunan tədbirdə Azərbaycanın və digər ölkələrin Tbilisidəki səfirliklərinin əməkdaşları, tələbələr, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Türkiyənin Gürcüstandakı səfirliyinin müşaviri Onur Sevim, mədəniyyət mərkəzinin müdiri Əli Oğuzxan və başqaları çıxış edərək Novruz bayramının ruzi-bərəkət, bərabərlik, oyanış bayramı olduğunu bildiriblər. Novruzun digər üstünlüklərindən danışan natiqlər onun həm də Bahar bayramı olduğunu diqqətə çatdırıblar.

Çıxış edənlər insanları Novruz bayramı münasibətilə təbrik edib, onlara sülh, firavanlıq, ruzi-bərəkət arzulayıblar.

Tədbir Gürcüstanın və Türkiyənin rəqs qruplarının maraqlı konsert proqramı ilə davam edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.