DÜNYA


Türkiyənin Gürcüstandakı səfirliyi fəaliyyətini davam etdirir

Tbilisi, 26 oktyabr, AZƏRTAC

Türkiyənin Gürcüstandakı səfirliyinin fəaliyyətini dayandırması barədə məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

Qeyd edilib ki, bəzi kütləvi informasiya vasitələrində Türkiyənin Gürcüstandakı səfirliyinin fəaliyyətini dayandırması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Bu məlumatların heç bir əsası yoxdur.

Diqqətə çatdırılıb ki, COVID-19 virusunun sürətlə yayılması səbəbindən səfirliyin konsulluq şöbəsinin fəaliyyəti profilaktik tədbirlər üçün müvəqqəti dayandırılıb. Bununla belə, konsulluqda “qaynar xətt” daim fəaliyyət göstərir. Konsulluq xidməti müxtəlif zaman kəsiyində təcili və təxirəsalınmaz məsələlərlə bağlı fəaliyyət göstərəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.