DÜNYA


Türkiyənin İdliblə bağlı mövqeyi Soçi razılaşmasını həyata keçirməkdir

Ankara, 19 fevral, AZƏRTAC

Türkiyənin İdliblə bağlı mövqeyi Soçi razılaşmasını həyata keçirməkdir. Hazırda Rusiya ilə aparılan müzakirələrdə Türkiyə tərəfini qane edən nəticə yoxdur. Türkiyə təklif olunan sənədi və xəritəni qəbul etməyib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. Dövlət rəsmisi bildirib ki, Suriya ərazisindəki Türkiyə hərbçilərinin müşahidə patrul məntəqələrinin yerlərinin dəyişdirilməsi müzakirə mövzusu deyil. Əgər türkiyəli hərbçilərə atəş açılsa, qarşı tərəf əvvəl olduğu kimi ən sərt şəkildə cavab alacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.