ELM VƏ TƏHSİL


Türkiyənin İnönü Universiteti Azərbaycana dəstək məqsədilə UNEC-ə məktub ünvanlayıb

Bakı, 19 iyun, AZƏRTAC

Türkiyənin İnönü Universitetinin rektoru professor Ahmet Kızılay Azərbaycana dəstək məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova məktub ünvanlayıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, məktubda Ermənistanın Azərbaycana hərbi təcavüzü, dinc əhalini hədəfə alması insanlığa qarşı cinayət adlandırılıb. Qeyd edilib ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinə lazımi cavabı verir və Türkiyə bu haqq-ədalət mübarizəsində qardaş ölkənin yanındadır. Məktubda müharibənin yeganə həllinin Ermənistanın işğal etdiyi torpaqlardan dərhal və qeyd-şərtsiz çıxdıqdan sonra mümkün olacağı deyilir.

Professor A.Kızılay İnönü Universitetinin də Azərbaycanın yanında olduğunu, professor-müəllim heyətinin bütün tədbirlərdə Azərbaycana dəstək göstərdiyini diqqətə çatdırıb. Həmçinin İnönü Universitetinin UNEC-lə əməkdaşlıq və həmrəyliyini davam edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.