İDMAN


Türkiyənin “İstanbul Başakşehir” komandası “Qarabağ”ı təbrik edib

Bakı, 24 avqust, AZƏRTAC

Türkiyənin “İstanbul Başakşehir” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdamın “Qarabağ” klubunu təbrik edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə klubunun sosial şəbəkələrdəki səhifələrində Ağdam təmsilçisinə təbrik statusları paylaşılıb.

Klubun “Facebook”dakı rəsmi səhifəsində yer alan təbrikdə qeyd olunub: “Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, Qarabağ!”. Səhifədə “Kopenhagen”-“Qarabağ” oyununda əllərində Azərbaycanın və qardaş Türkiyənin dövlət bayraqlarını tutan azarkeşlərimizin fotosu da yerləşdirilib.

“Qarabağ” komandası səfərdə Danimarkanın “Kopenhagen” komandasına 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk oyunda qazandığı minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.