DÜNYA
Türkiyənin İzmir vilayətində bir gün ərzində 100-dən çox yeraltı təkan qeydə alınıb
İstanbul, 22 yanvar, AZƏRTAC
Yanvarın 21-də Türkiyənin İzmir vilayəti və ətraf rayonlarında bir gün ərzində 100-dən çox yeraltı təkan qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu zəlzələlərdən ən böyüyü 4,5 bal gücündə şəhərin Seferihisar rayonu yaxınlığında Samos seysmik xətti üzərində baş verib. Hazırda ərazidə bir neçə seysmik xəttin aktivliyi müşahidə olunur.
Bu barədə Türkiyənin Doqquz Eylül Universitetinin Zəlzələ Araşdırma və Tətbiq Mərkəzinin müdiri professor Həsən Sözbilir məlumat verib. Professor baş verən bu təkanların hamısının afterşok olmadığını, bəzilərinin yeraltı təkan olduğunu bildirib.
Hazırda bölgədə baş verə biləcək zəlzələlərlə bağlı genişmiqyaslı araşdırmalar aparılır.
Xatırladaq ki, 2020-ci il oktyabrın 30-da Türkiyənin İzmir vilayətində 6,6 bal gücündə zəlzələ meydana gəlib. Baş verən bu təbii fəlakət zamanı 117 nəfər həlak olub, çox sayda ev yararsız hala düşüb.
Bu zəlzələ baş verən andan indiyədək bölgədə beş mindən çox yeraltı təkan qeydə alınıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]