İDMAN


Türkiyənin “Kasımpaşa” futbol komandasının baş məşqçisi istefa verib

Bakı, 14 may, AZƏRTAC

Türkiyənin “Kasımpaşa” futbol komandasının baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verib.

AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 2018-ci ildən bu vəzifədə çalışan 70 yaşlı təcrübəli mütəxəssis çempionatda yüksək yerləri tutmaq məqsədinə nail olmadığı üçün istefa verdiyini bildirib.

Qeyd edək ki, İstanbul təmsilçisi 32 turdan sonra Türkiyə Superliqasında 38 xalla 13-cü pillədə qərarlaşıb. Sonuncu turda “Kasımpaşa” komandası “Kayseripor”a səfərdə 1:2 hesabı ilə məğlub olmuşdu.

M.Dənizli əvvəllər Türkiyə milli komandasının, eləcə də Azərbaycanın “Xəzər Lənkəran” klubunun baş məşqçisi işləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.