CƏMİYYƏT
Türkiyənin Kastamonu şəhərində Azərbaycana məktub kampaniyası uğurla davam edir
Ankara, 16 noyabr, AZƏRTAC
Türkiyənin qədim Kastamonu şəhərində “Can Azərbaycana bir məktubum var” kampaniyası uğurla davam edir. Aksiya Türkiyədə fəaliyyət göstərən Müharibə qurbanı qazilər, şəhid, dul və yetimlər dərnəyi tərəfindən təşkil olunub.
Müharibə qurbanı qazilər, şəhid, dul və yetimlər dərnəyinin sədri Berat Satıoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, aksiyanın məqsədi müzəffər Azərbaycan Ordusunun rəşadətli Qələbəsinə mənəvi dəstəyi davam etdirməkdir. Onun sözlərinə görə, kampaniyaya qoşulanlar arasında Azərbaycan və Türkiyə ictimaiyyətləri tərəfindən yaxşı tanınmış şəxslər də var.
Dərnək sədri bildirib ki, toplanan məktublar Türkiyədəki diplomatik nümayəndəliyimiz vasitəsilə Azərbaycana göndəriləcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara