CƏMİYYƏT


Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin mütəxəssisləri AQTİ laboratoriyaları ilə tanış olublar

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin mütəxəssisləri ilə görüş keçirilib.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə institutun fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verilib. Türkiyəli qonaqlarla qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək baxımından bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə perspektivlər müzakirə olunub, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Türkiyəli mütəxəssislər iş prinsipini öyrənmək və müayinə metodları ilə tanışlıq məqsədilə AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalara da baxış keçiriblər. Onlara laboratoriyaların fəaliyyəti və beynəlxalq təşkilatlarla əməkdaşlığı, maddi-texniki bazası, həmçinin qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinə üsulları, ekspertiza və tədqiqat xidmətləri barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.