CƏMİYYƏT


Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin mütəxəssisləri ilə görüş keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin mütəxəssisləri ilə görüş keçirilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, bitki və heyvan sağlamlığı, yoluxucu heyvan xəstəliklərinə qarşı mübarizə tədbirləri ilə əlaqədar fikir mübadiləsi aparılıb, həmçinin Türkiyə Respublikası ilə bitki və heyvan sağlamlığı sahəsində əməkdaşlığın inkişaf perspektivlərindən bəhs olunub.

Türkiyəli qonaqlarla ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində qurulacaq yeni Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi (HİQS) ilə əlaqədar məsələlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.