MƏDƏNİYYƏT


Türkiyənin Kocaeli şəhərində İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı tədbirlər keçiriləcək

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycanın dahi şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər ölkəmizlə yanaşı, Türkiyədə də təşkil ediləcək.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar AZƏRTAC-a bildirib ki, Federasiyanın, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Kocaeli şəhərində silsilə tədbirlər keçiriləcək.

Oktyabrın 18-19-da Azərbaycan nümayəndə heyətinin iştirakı ilə Kocaeli Universitetində və Heydər Əliyev Mərkəzində tədbirlər keçiriləcək. Tədbirdə nəsimişünas alimlər və ədəbiyyatçılar çıxış edəcək, universitetdə təhsil alan müxtəlif ölkələrin tələbələrinə Nəsimi irsi barədə məlumat veriləcək. Bundan başqa, Kocaeli televiziyasında türkiyəli alimlər Nəsiminin fəlsəfi ideyalarından danışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.