İDMAN


Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 11-ci Baş Assambleyasının iclası keçirilib

Bakı, 7 avqust, AZƏRTAC

Avqustun 7-də Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) 11-ci Baş Assambleyasının iclası keçirilib.

Tədbirdə 5-ci İslam Həmrəyliyi İslam Oyunlarının iştirakçıları olan bütün Olimpiya Komitələri təmsil olunub.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Cümhuriyyətinin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, İslam Əməkdaşlıq Təşkilatının rəsmi səfiri Tariq Ali Bakheet və İSSF-in prezidenti Zat Alliləri Şahzadə Abdulaziz Bin Turki Al Faisal Al Saudun rəsmi çıxışlarından sonra “Konya-2022” Əməliyyat Komitəsinin hesabatı təqdim edilib. Daha sonra İSSF-in nizamnaməsinə olan dəyişikliklər haqda məlumat verilib və məsələnin daha geniş şəkildə avqustun 8-də təşkil ediləcək seminarda müzakirə ediləcəyi bildirilib.

Günün sonunda “Konya-2022” İslam Ölkələri İdman Paytaxtına dair tərəflər arasında imzalama mərasimi baş tutub.

Baş Assambleyada Azərbaycanı MOK-un vitse-prezidenti və İSSF 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İcraiyyə Komitəsinin üzvü Könül Nurullayeva və Beynəlxalq proqramlar idarəsinin müdiri Mehman Kərimov təmsil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.