DÜNYA


Türkiyənin Mərsin vilayətində altı terrorçu saxlanılıb

Türkiyənin Mərsin vilayətində altı terrorçu saxlanılıb

İstanbul, 28 aprel, AZƏRTAC

Türkiyənin Mərsin vilayətində PKK terror təşkilatına qarşı aparılan əməliyyat nəticəsində daha altı terrorçu saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu şəxslərin Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında “Pəncə-Kilit” şərti adı altında aparılan antiterror əməliyyatlarında iştirak edən hərbçilərə qarşı bombalı hücum hazırladıqları müəyyən edilib.

Daha 12 PKK terrorçusu isə Suriya ərazisində, “Sülh çeşməsi” və “Fərat qalxanı” antiterror əməliyyatlarının keçirildiyi bölgədə zərərsizləşdirilib.

Bununla bağlı isə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.