REGİONLAR
Türkiyənin “Metro Turizm Səyahət Təşkilatı” şirkəti muxtar respublikada fəaliyyətə başlayıb VİDEO
Naxçıvan, 17 oktyabr, AZƏRTAC
Türkiyənin ən böyük turizm şirkəti olan “Metro Turizm Səyahət Təşkilatı” şirkəti muxtar respublikada fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, sərnişindaşımada müasir avtobuslardan istifadə edən şirkət gündə 7 dəfə qonşu Türkiyənin müxtəlif şəhərlərinə və əks istiqamətdə reyslər təşkil edəcək.
Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin “Metro Turizm Səyahət Təşkilatı” şirkəti ilə razılaşmasına əsasən, gündə bir avtobus da Gürcüstanın Acarıstan Muxtar Respublikasının Batumi şəhərinə yola düşəcək.
Naxçıvan avtovağzalından hərəkət edəcək avtobuslar üçün yerlər ayrılıb. Həmçinin burada şirkətin ofisi açılıb, bilet satışı təşkil edilib.
Qeyd edək ki, muxtar respublikada Türkiyəyə məxsus digər bir şirkət olan “İğdırlı Turizm” firması da qonşu ölkəyə və əks istiqamətdə sərnişindaşıma xidməti həyata keçirir.